6 fevral 2014 14:44

Mindauqas Kalonas: Pantiç, kişi ol...

İcarə əsasında mövsümün sonuna qədər “Simurq”a keçmiş “Bakı”nın yarımmüdafiəçisi Mindauqas Kalonas azerisport.az saytına açıqlamasında TPL-in 20-ci turu çərçivəsində keçiriləcək oyunda sabiq komandasına qarşı oynamaq istəyindən danışıb:

“Hələlik oynayıb-oynamayacağım məlum deyil. Müqavilədə belə bənd yoxdur. Ancaq klublar hələ öz aralarında qərara gəlməyiblər. Ancaq çox güman ki, hər şey mənim xeyrimə həll olmayacaq. Çünki xidmətlərimdən imtina etmiş məşqçi mənim oynamamağım üçün hər şey edir”, deyə Kalonas sözə başlayıb.

“Başa düşmürəm ki, oyunçudan imtina edib sonra da onun oynamaması üçün necə hər şeyə əl atmaq olar? Yəqin o, nəticəyə görə çox həyəcan keçirir. Buna görə də mənim oynamağımı istəmir. Qoy Pantiç kişi olsun və mənə oynamaq imkanı versin”, deyə litvalı futbolçu öz sabiq məşqçisinə çağırış ünvanlayıb.

Xatırladaq ki, Kalonas “Bakı”ya mövsümün əvvəlində keçib. Ancaq sonra klub rəhbərliyi tərəfindən transferə çıxarılıb.

“Mən bu oyunda oynamaq və “Simurq”a “Bakı”nı yenməyə kömək etmək istəyirəm. “Bakı”nın heyətində 7 qol vurmuşam. İndi “Simurq”un çempionatda uğurlu çıxışı üçün bu qolların sayını artırmaq istəyirəm”, deyə Kalonas elan edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.