Elxan Məmmədov: Biz UEFA-dan şübhəli oyunlar barədə bildiriş almışıq
AFFA-nın başı katibi Elxan Məmmədov azerisport.az saytının müxbiri ilə söhbətində danışılmış oyunlar və onlarla mübarizədən danışıb:
“Danışılmış oyunlar artıq bütün dünyada virus halını alıb. Təəssüf ki , bu bəla nəinki futbolda, ümumiyyətlə idmanda yayılıb. Bu mənfi halın miqyası çox sürətlə böyüyür. Danışılmış oyunların meydana gəlmə səbəbi çox bayağıdır. Bu, varlanmağın asan, kifayət qədər sürətli, ancaq qeyri-leqal üsuldur.
Qeyd etmək istərdim ki, danışılmış oyunlar (match fixing) və qeyri-qanuni totalizator (illegal betting), iki müxtəlif qeyri-qanuni əməliyyatdır və bunların iştirakçıları cinayət məsuliyyətinə cəlb edilməlidir. Ancaq diqqətinizə çatdırmaq istəyirəm ki, sadaladığım iki əməliyyat heç də mütləq əlaqəli deyil.
Hesab edirəm ki, bütün idman dünyası bu haqda danışmalı və ucadan danışmalıdır. Əks halda, bunun qarşısının alınması çox mürəkkəb məsələ olacaq. Bəzi ölkələrin təmsilçiləri konfranslar, seminarlar vaxtı susurdular. Sonralar bu hal onların başına qar uçqunu kimi töküldü. Onsuz da mübarizə çox qeyri-təsirli aparılırdı və indi onlara vəziyyəti bərpa etmək və mövcud problemin kökün kəsmək çox çətindir. Ancaq bu ölkələr tərəfindən müqəssirlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə atılan addımlar çox düzgündür.
Ümumilikdə danışılmış nəticələr, idmanda “danışılmalar” haqda danışmaq istəmirəm. Belə ki, futbol təmsilçisiyəm. Ancaq qeyd etmək istərdim ki, bu virusu yayanlar və iştirakçıları müxtəlif insanlar ola bilər: klub sahibləri, klub rəhbərliyi, məşqçilər. Ancaq Avropanın müxtəlif ölkələrində aparılmış təhqiqatlar göstərir ki, futbolçular və hakimlər olmadan, oyunun nəticəsinə təsir etmək olmaz. Bu mənfi gedişdə hətta bir adam iştirak edə bilər. Buna görə də ədalətin bərqərar olmasında maraqlı olan bütün adamlar çox diqqətli olmalıdırlar. Sayıqlığı itirmək çox mənfi təsir göstərə bilər.
Bu virusla mübarizədə beynəlxalq futbol təşkilatları, xüsusən, FIFA, UEFA böyük işlər aparırlar. Danışılmış oyunların bildiriş sistemi işlənib hazırlanmış və artıq tətbiq edilib. Təbii ki, oyundan sonra da hər hansı siqnal olarsa, dərhal təhqiqat başlanır. Həmçinin, milli futbol federasiyaları da zərurət məqamında müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər.
AFFA bir çox seminar və konfranslarda və s. fəal iştirak edir. AFFA-nın daimi əməkdaşı danışılmış oyunlarının qarşısının alınması işi üzrə koordinatordur. Ancaq ən əsası, UEFA daima bütün Avropa liqalarının, həmçinin, bizim Premyer Liqanın da monitorinqini keçirir. Mən başa düşürəm ki, sizi bir jurnalist və azarkeş kimi bir sual narahat edir: Bizdə danışılmış oyunlar varmı? Çətin sualdır. Ancaq səmimi etiraf edim, biz də bu halın qarşısını almağa cəhd edirik. Ancaq təəssüf ki, son 20 ay ərzində biz şübhəli oyunlar haqda bildiriş almışıq. UEFA ilə bu məsələ üzrə məsləhətləşməni davam edirik. Nə biz, nə də UEFA öz qərarlarında təşrifat gözləməyəcəyik.
Təəssüf ki, bu sualın təhqiqində biz bir sıra problemlərlə üzləşirik. Bu problem ölkəmiz üçün yeni olduğundan, danışılmış oyunlar barədə müvafiq qanunvericilik aktları yoxdur. Düzdür, ölkədə Premyer Liqa yarışlarının keçirilməsi 94 saylı maddə ilə tənzimlənir. Burada, oyunların keçirilmə nizamnaməsində danışılmış oyunlarla bağlı məsələlər əksini tapıb. Ancaq müvafiq maddə göstərilmiş işlərin həyata keçirilməsi üçün kifayət deyil. Ölkənin cinayət və inzibati hüquq qanunvericiliyində bu məslə ilə bağlı maddələr yoxdur.
Futbol idman oyunudur və burada futbolçular meydanda bəzi qeyri-məntiqi addımlar bilər. Bu səbəbdən, mütəxəssisin qənaəti qeyri-düzgün ola bilər. Buna görə də, bizim mülahizələrimizə görə, oyun alverinin qarşısının alınmasının səmərəli üsulu, ölkənin cinayət qanunvericiliyində müvafiq maddənin əksini tapmasıdır.
Biz dəhşətli təzahürün Azərbaycanda yayılmamasının qarşısını almaq üçün, mümkün hər şeyi etməliyik. Əks halda, bu, bizim inkişaf mərhələsində olan futbolumuzu bir neçə il geri ata bilər. Biz əminik ki, bunu heç kəs istəmir. Bizim azarkeşə ədalətə şəkk etməyə haqq vermək hüququmuz yoxdur. Biz hamımız İtaliyadakı vəziyyəti, yaxud UEFA-nın yaxınlarda bəzi Türkiyə klubları haqda verdiyi qərarları, elə Almaniyada iki hakimin ifşa edilməsini və ya Ermənistanda hakim briqadası ilə yaxınlarda baş vermiş hadisəni xatırlayırıq. Hər bir futbol xadimi, futbolçular və məşqçilər də daxil olmaqla, diqqətli olmalıdır.
Xatırladım ki, bildirişlər artıq olub", deyə Məmmədov fikrini tamamlayıb.
