6 fevral 2014 01:00

Ağasəlim Mircavadov: Azarkeşlər həmişə Böyük oyunun gedişinə təsir ediblər

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində TPL-in 20-ci turu çərçivəsində Lənkəranda baş tutacaq “Böyük oyun”dan danışıb:

“Mən bu oyunda favorit görmürəm”, deyə mütəxəssis etiraf edib.

“Hər iki komanda ancaq qələbəyə oynayacaq. Düşünürəm ki, biz kifayət qədər sərt futbolun şahidi olacağıq”, deyə Mircavadov söhbətə başlayıb.

Mircavadov 2004-2005-ci illərdə “Neftçi”ni, 2006-2008-ci və 2009-2010-cu illərdə “Xəzər Lənkəran”ı çalışdırıb. Təcrübəli mütəxəssis hər iki komanda ilə ölkə çempionluğunu və “Birlik Kuboku”nu qazanıb. Həmçinin, müvafiq olaraq “Flaqman”ın və “gəmiqayıranlar”ın baş sükanı arxasında “Böyük oyun”un iştirakçısı olub:

“Lənkərandakı oyunlar “Neftçi” üçün həmişə ağır keçib. Bu, komandaların yarış cədvəlindəki mövqeyindən asılı və qarşısına qoyduğu məqsədlərdən olmayıb. Böyük rolu azarkeşlər oynayıb. Onlar həmişə “Böyük oyun”un gedişinə təsir ediblər”, deyə Mircavadov hesab edir.

66 yaşı mütəxəssisin fikrincə, bu oyunun nəticəsi çətin ki çempionluq qovhaqovunda əksini tapsın:

“Hazırda “Neftçi” çempionluq uğrunda mübarizə aparır. “Xəzər Lənkəran”ın məqsədi isə liderləri haxlamaqdır. Onlar çox xal itiriblər. Düşünmürəm ki, bu oyunun nəticəsi medalların müəyyən olunmasında əsas rol oynayacaq. Əvvəl-axır, qarşıda hələ çox tur var və həmişə toparlanmaq imkanı qalır. Ancaq digər tərəfdən, “Böyük oyun”un nəticəsi əhvala sözsüz, təsir edəcək”, deyə Mircavadov bildirib.

Mircavadovun fikrincə, son turda “Xəzər Lənkəran”ın “Qarabağ” üzərində qələbəsi heç bir əhəmiyyət kəsb etmir:

“O qələbə “Xəzər Lənkəran” üçün çox şey deməkdir. Ancaq “Neftçi” ilə görüşlər həmişə ayrı tarixçədir. Həmçinin, əgər lənkəranlılar “Qarabağ”ı məğlub ediblərsə, bu, o demək deyil ki, onlar “Neftçi”yə də qalib gələcəklər”, deyə təcrübəli mütəxəssis fikrini tamamlayıb.

Xatırladaq ki, “Böyük oyun” fevralın 9-da Lənkəran Şəhər stadionunda baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.