5 fevral 2014 11:11
Azərbaycan Rusiya, İsrail və Rumıniyaya qarşı
19-31 mart tarixləri aralığında Soçidə ənənəvi “Kuban yazı” turniri keçiriləcək. Azeriport.az xəbər verir ki, yarışda 19 yaşa qədər on iki qadın komandası iştirak edəcək.
Azərbaycan yığması “B” qrupunda Rusiya, İsrail və Rumıniya komandaları ilə bir qrupda mübarizə aparacaq
Komandamız martın 20-də İsrail, 22-də Rusiya, 24-də Rumıniya komandası ilə görüşəcək.
“A” qrupunda İran, Estoniya, Slovakiya, Ukrayna, “C” qrupunda isə Türkiyə, ABŞ, Macarıstan və Krasnodar diyarı komandaları güclərini sınayacaq.
