5 fevral 2014 20:44
Qurban Qurbanov kapitana danışmağa icazə verdi
Xəbər verdiyimiz kimi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının futbolçularına KİV-lə əlaqələrə martın 1-ə qədər qadağa qoymuşdu. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yalnız komandanın kapitanı Rəşad Sadıqova danışmaq icazəsi verilib.
Xatırladaq ki, Qurbanov qadağasını futbolçuların oyunlara köklənməsi ilə izah edib.
