5 fevral 2014 17:11
Berti Foqts Böyük oyunu izləyəcək
Azərbaycanın milli komandasının baş məşqçisi Berti Foqts və köməkçisi Volfqanq Rolff Topaz Premyer Liqasının XX turu çərçivəsində fevralın 8-də keçiriləcək "Qəbələ" - "Qarabağ" oyununu izləyəcək. Azerisport.az xəbər verir ki, məşqçi qərargahı fevralın 9-da keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" oyununa da baş çəkəcək.
(AFFA)
