5 fevral 2014 16:55
Yunis Hüseynov: Meydan amili Xəzərin şanslarını artırır
"Xəzər-Lənkəran"ın sabiq baş məşqçisi Yunis Hüseynov azerisport.az-a açıqlamasında “Xəzər Lənkəran” - “Neftçi” görüşündən danışıb:
"Şanslar bərabərdir. Sadəcə meydan amili var. “Xəzər Lənkəran” hər zaman azarkeşləri üçün oynayıb. Bazar günü də meydana fanatları üçün çıxacaqlar. Bu komandanı gücləndirən azarkeş ordusudur. Fikrimcə, “Neftçi” üçün səfər çətin olacaq. Cənublulara da asan oyun söz vermək olmaz. “Neftçi” qələbəyə köklənib. Meydan amilinə əsasən “Xəzər Lənkəran”ın şanslarını yüksək qiymətləndirmək olar".
