5 fevral 2014 16:22

XL Böyük oyunda yubiley qələbəsi arzusunda

"Neftçi"yə qarşı indiyədək baş tutan 31 oyundan 27-si çempionat, 3-ü kubok yarışlarına, eləcə də 1 oyun Superkuboka təsadüf edib. Azerisport.az xəbər verir ki, ümumilikdə komandalar 13 matçın sonunda futbol meydanından heç-heçə ilə ayrılıb.

Bunların 11-i çempionat, 2-si kubok çərçivəsində tabloya həkk olunub. Həm “Xəzər Lənkəran”, həm də “Neftçi”nin ümumi 9 qələbəsi var.

Çempionatın növbəti turunda qazanılacaq qələbə yubiley – 10-cu olacaq. Vurulan qollarda isə bakılıların üstünlüyü var - 33-28.

Qələbələrini yalnız çempionatda əldə edən bakılılar 9 dəfə 3 xala sevinib. Bir qələbəsi Azərbaycan kubokuna, bir qələbəsi Superkuboka təsadüf edən “Xəzər Lənkəran”ın qazandığı oyunların 7-si çempionat çərçivəsində baş tutub.

“Neftçi” ilə ev oyunlarında “Xəzər Lənkəran” böyük üstünlüyə malikdir. Öz meydanında 6 qələbə qazanan və eyni sayda heç-heçə edən “Xəzər Lənkəran” cəmi 2 dəfə doğma azarkeşlərinə məğlubiyyət acısı yaşadıb. Sonuncu dəfə evdə alınan məğlubiyyət 2007-ci ilə təsadüf edib. Bu görüşlərdə meydan sahibləri 12, qonaqlar 7 top vurub.

“Böyük oyun”larda vurulan 61 qola 41 futbolçu imza atıb. “Xəzər Lənkəran”ın 21, “Neftçi”nin 20 oyunçusu bu qarşılaşmalarda fərqlənib. “Neftçi”də oynadığı vaxt Ruslan Abışov “Böyük oyun”lardakı yeganə avtoqola üzülüb.

Bu görüşlərin ən məhsuldar oyunçusu Flavinyodur. Onun hesabında 7 qol var. “Neftçi”nin digər üzvü Zaur Tağızadə isə 4 dəfə fərqlənib. “Xəzər Lənkəran”ın ən məhsuldar üzvü isə Julius Vobaydır – 3 qol. Bahodir Nasimov cənubluların qapısına eyni sayda qol vurub. Uinston Parks, Rəşad Abdullayev, Zaur Ramazanov, Etame Mbilla “Xəzər Lənkəran”ın, Nikolas Kanales və Svetoslav Stefanov isə “Neftçi”nin heyətində 2 qol vurublar.

(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.