5 fevral 2014 15:00
Neftçinin Xəzər Lənkəran qarşısında iki itkisi
“Neftçi” TPL-in 20-ci turunda keçiriləcək “Böyük oyun”a hazırlaşır. Azerisport.az xəbər verir ki, “Flaqman”ın heyətində itkilər var.
Elvin Yunuszadə və Ruslan Qurbanov zədə cəza səbəbi ilə “Xəzər Lənkəran”la oyuna çıxmayacaq. “Neftçi” oyuna bir gün qalmış, fevralın 8-də Lənkərana yollanmağı nəzərdə tutub.
