5 fevral 2014 14:00
Qarabağ məşqlərə başladı
Qarabağ “Qəbələ” XX turda baş tutacaq matçın hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, “Xəzər-Lənkəran”la baş tutan sonuncu tur oyunundan sonra dərhal hazırlıqlara başlayan komanda məşqləri Suraxanı qəsəbə stadionunda keçir.
“Qarabağ” da Rəşad Sadıqov və Nikolas Gelaşvilinin zədəsi davam edir. Adıçəkilənlərin oyuna yetişib-yetişməyəcəyi bəlli deyil.
Artıq sabah “Qarabağ” “Qəbələ” yollanacaq. Səhər məşq edib Azərbaycanın şimalına yollanacaq komanda Qəbələdə bir məşqlə kifayətlənəcək.
Qeyd edək ki, “Qəbələ” - “Qarabağ” oyunu şənbə günü, Fevralın 8-ində 14:30-da keçiriləcək.
(Klub saytı)
