5 fevral 2014 13:22
İtaliya yığmasının baş məşqçisi: Xorvatlarla oyunda bizə çətin idi, axı geridə Azərbaycan yığması ilə çətin oyun vardı
Futzal üzrə İtaliya yığmasının baş məşqçisi Roberto Menikelli AÇ-nin dörddəbir finalında Xorvatiya yığması üzərində qələbədən sonra, Azərbaycan yığması üzərində qazanılmış qələbəni xatırlayıb. Azerisport.az xəbər verir ki, Menikelli bunları söyləyib:
“Biz bunu etdik. Xorvatların yaxşı oyunçuları, əla qapıçısı var. Matonu (Stankoviçi) təbrik etmək istəyirəm. O, öz komandasına yaxşı oyun gətirib. O, əla məşqçidir. Bizə asan deyildi, çünki iki gün qabaq Azərbaycan yığmasına qarşı çətin oyun keçirmişdik. Xorvatlar lap dəqiq, bizdən təravətli idilər”.
