5 fevral 2014 13:13
İtaliya yığmasının qapıçısı Azərbaycan yığması üzərində qələbəni xatırlayıb
Futzal üzrə İtaliya yığmasının qapıçısı Stefano Mammarella AÇ-nin dörddəbir finalında Xorvatiya yığması üzərində qələbədən sonra, Azərbaycan yığması üzərində qazanılmış qələbəni xatırlayıb. Azerisport.az xəbər verir ki, Mammarella bunları söyləyib:
“AÇ-nin dörddəbir finalında oynayarkən və ortada çox şey olarkən, hər şey heç də həmişə plan üzrə getmir. Düzdür, əgər Azərbaycan yığmasına qarşı oyunda olduğu kimi iki top fərqi ilə irəlidə olsan, daha asan olur. Çünki rəqib açılmağa məcbur olur. Ancaq xorvatlar ümumiyyətlə bizə açıq ərazi vermədilər. Bu, doğrudan da yaxşı komandadır. Dərin müdafiə olunur, top qazanmağa aqressiv gedir və əks hücumlarda çox təhlükəlidirlər”.
