4 fevral 2014 12:12

Yuri Syomin: Lokomotivin bir çox oyunçularını komandama dəvət edərdim

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin özünün klubdakı işindən və sabiq “Lokomotiv”li, “Portu”nun yarımmüdafiəçisi Marat İzmaylovun komandaya dəvətindən danışıb:

- Yuri Pavloviç, ilk növbədə Marat İzmaylovun “Qəbələ”də taleyi haqda bilmək istərdik. Bu gün son məsələ də həllini tapır. O, artıq iş yerindədir və yaxın vaxtlarda meydana çıxacaq. İzmaylov komandada hansı rolu oynayacaq?

- O, digər futbolçuların oynadığı rolu oynayacaq. İzmaylov ilk növbədə yaxşı oynamalıdır. Qısaca: dəqiq ötürmələr verməli və öz bombardirlik keyfiyyətlərini burada təkrarlamalıdır.

- O, “Portu” həyatını necə isə şərh edib?
- Bu barədə onun özü ilə danışmaq yaxşı olardı. Ancaq mən düşünürəm ki, Marat “Portu” kimi bir klubda oynadığına görə şaddır və ümid edir ki, icarə müddəti başa çatdıqda sonra yenidən Portuqaliyaya qayıdacaq.

- Siz “Qəbələ”nin baş məşqçisi vəzifəsinə dərhal razılıq verdiniz?
- Bu, mənim işimin bir hissəsidir. Rusiyadan bura köçməyi normal yola verdim. Burada tamilə işə qarışmışam. Komandanın rəhbərləri ilə bərabər qərarlar verir, lazım gələndə ümumkomanda vəziyyətlərində iştirak edirəm. Bütün bu amillərin ahəngi komandanın artımına rəvac verir. Mən burada özümü çox rahat hiss edirəm.

- Oyunçuların mentalitet fərqi hiss edilir?
- Digər komandalarda olduğu kimi, burada da yerli və xarici futbolçular çoxdur. Beləliklə, heç bir fərq yoxdur. Hər oyunçunun öz şəxsi incəlikləri var. İşin gedişi üçün bunları nəzərə almaq lazımdır. Hamı yaxşı nəticə istəyir və bunun üçün oyunçulara gözəl əhvalı təmin etmək lazımdır. Buna görə də hər kəsə fərdi yanaşmanı arayıb tapmaq lazımdır. Mənim borcum, bütün oyunçularla etibarlı münasibət qurmaqdır. İş başında və həyatda münasibətlərin həddinə gəlincə isə bu, başqa məsələdir. Meydanda sərt intizam və tapşırıqların icrası vacibdir. Həyatda isə necə istəsən ünsiyyət qurmaq olar. Mənim üçün həyatda kimin necə ünsiyyət qurması həmişə eyni olub. Bütün komandalarda bütün oyunçularla dost münasibətim olub.

- Bəs “Lokomotiv”in hansı futbolçusunu komandanızda görmək istərdiniz?
- Belə futbolçular çoxdur. Ancaq “Lokomotiv”  “Qəbələ”dən güclüdür. Ancaq buna rəğmən, “Lokomotiv” də nə vaxtsa Birinci Liqada olub...

- Bu mövsümdə “Qəbələ”nin minimum proqramı nədən ibarətdir?
- Tapşırığı klub rəhbərliyi qoyub: avrokuboklara düşmək. Çalışırıq və hələlik bu tapşırığın öhdəsindən gəlirik. Sonra görəcəyik.

- Bir məsələ anlaşılmaz qalır: yumşaq desək, Rusiya klublarının rəhbərlərinin sizə qəribə münasibətini nə ilə izah etmək olar? Sizi “Dinamo” (Kiyev) və “Qəbələ”yə dəvət edirlər. Rusiyada isə sizə etibar edəcək klub tapılmır.
- Kiyev “Dinamo”su mənim ən yaxşı iş dövrümdən biri olub. Orada işləmək rahat idi. Klubun bütün əməkdaşları ilə etibarlı münasibətim vardı. Çoxlu maraqlı oyunlar keçirmişəm. Futbolçularla hər şey gözəl idi: məsuliyyəti bölüşür və işləyirdik... Gedişimdən sonra da rəhbərliklə normal münasibətlər qalıb. Kifayət qədər yaxşı dövr idi. Deməzdim ki az vaxtdır, dörd il... Rusiya klublarını isə mühakimə etmirəm... Vaxt ötəcək və hər şey aydın olacaq.

(RBK-Sport)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.