4 fevral 2014 20:33
Ruslan Abışov Diamonds Cup turnirini gözləyir
Fevralın 5-11-i aralığında “Marbelya” futbol mərkəzində mövsümqabağı beynəlxalq AdF Diamonds Cup turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə dörd komanda mübarizə aparacaq.
Turnirdə millimizin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Kazanın “Rubin” komandası iştirak edəcək.
“Rubin”in oyun təqvimi:
5 fevral. “Lyubimets 2007” (Bolqarıstan) - “Rubin”
8 fevral. “Rubin” - ÇFR (Kluj, Rumıniya)
11 fevral. “Rubin” - “Dneper” (Ukrayna)
Bütün oyunlar 19:00-da başlayacaq.
(Klub saytı)
