4 fevral 2014 19:33
Sumqayıt millinin qapıçısını heyətinə qatdı
“Sumqayıt" futbol klubu növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, komanda "Şahdağ"da çıxış edən 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Şahrudin Məhəmmədəliyevi heyətinə qatıb.
1994-cü il təvəllüdlü qolkiper "Sumqayıt" FK ilə iki il yarımlıq illik müqavilə imzalayıb.
(Klub saytı)
