4 fevral 2014 18:55
Bakcell U-14 Elit Kubokunda yarımfinalçılar müəyyənləşdi
Bu gün Binə stadionunda keçirilmiş "İnter" - "Əlincə" oyunu ilə “Bakcell U-14 Elit Kuboku” turnirinin 1/4 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, "İnter" 2:0 hesabı ilə qələbə qazanaraq 1/2 final mərhələsinə vəsiqə əldə edib.
Beləliklə, yarımfinal qarşılaşmalarının təqvimini diqqətinizə çatdırırıq:
5 fevral, Bayıl stadionu.
14:00. “Neftçi” - “Qarabağ”
6 fevral, Binə stadionu.
12:00. “Bakı” - “İnter”
(PFL)
