4 fevral 2014 18:44
Rusiya KİV-i Şirokovu Qəbələyə yollayır
Rusiyanın “Sovetskiy Sport” nəşri “Zenit”in yarımmüdafiəçisi Roman Şirokovun karyerasını davam etdirə biləcəyi beş mümkün variantı hazırlayıb. Azerisport.az xəbər verir ki, variantlardan biri “Qəbələ”dir:
“Axı niyə də yox? Yaşlı futbolçular tez-tez ekzotik ölkələrə futbol oynamağa yollanır. “Qəbələ”də Roman birinci ulduz olacaq, Yuri Syominin rəhbərliyi altında məşq edəcək və İzmaylovla bir bağda oynayacaq. İdilliya! Hələ Şirokovun bir peterburqlu azarkeş ilə əfsanəvi dialoqu yada düşür: “Səni elə qulaqlayaram ki, eşşək, adını yaddan çıxararsan!”, deyə Roman qisasla hədələyirdi. Bax, eşşəklərin bəs deyincə olduğu Azərbaycanda öz qəzəbini tökməyə kimsəni tapa bilər”, deyə nəşr dərc edib.
