4 fevral 2014 18:22
Skarlatake qol vurdu və bəhrəsini gördü
Topaz Premyer Liqasının XIX turu “Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Adrian Skarlatake üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın qapısına vurduğu qolla komandasına 1:0 hesablı qələbə qazandıran arxa xətt oyunçusu “ağ-yaşıllar”ın heyətində 10-cu dəfə fərqlənib.
Bu hadisədən sonra klub rumıniyalı müdafiəçi ilə müqavilə müddətini 2015-16-cı illər mövsümünün sonuna qədər artırıb.
Xatırladaq ki, Skarlatake Lənkəran klubunda 2011-ci ilin fevralında debüt edib və 78 oyunda meydana çıxıb.
(Klub saytı)
