4 fevral 2014 15:44
Lənkəran Şəhər stadionunda təmizlik işləri dayandırıldı
Lənkəranda şaxtalı hava davam edir. Azerisport.az xəbər verir ki, Şəhər Stadionunun ot örtüyü hələ də qar altındadır.
Qar yağması səbəbi ilə stadionun ot örtüyünün qardan təmizlənməsi dayandırılıb. Sinoptiklər qarşıdakı iki gündə də qar yağacağını ehtimal edir.
Xatırladaq ki, bu şənbə Lənkəranda TPL-in 20-ci turu çərçivəsində “gəmiqayıranlar” “Neftçi”ni qonaq edəcəklər.
