4 fevral 2014 14:33
Xəzər Lənkəran yubiley müsabiqəsinə start verdi
“Xəzər Lənkəran” Futbol Klubunun yaranmasının 10 illik yubileyi ilə əlaqədar marş və mahnı müsabiqəsinə start verilib. Azerisport.az xəbər verir ki, müsabiqənin formatı aşağıdakı şəkildədir:
1. Müsabiqədə iştirak etmək üçün peşəkar musiqi fəaliyyəti ilə məşğul olmaq şərtdir;
2. Müsabiqə 2014-cü ilin fevral ayının ilk həftəsindən başlayıb 2014-cü ilin may ayının 5-də yekunlaşacaq;
3. Müsabiqədə iştirak edənlər təqdim etdikləri marş və ya mahnını tam hazır şəkildə, CD-yə yazılmış formatda klubun Bakı və Lənkəran ofisinə təqdim etmələri xahiş olunur;
4. Müsabiqədə “Xəzər Lənkəran” klubunun keçdiyi 10 illik tarixə həsr olunan marş və mahnıların qalibləri:
- I yer – 5000 manat
- II yer – 3000 manat
- III yer – 1000 manat olmaqla mükafatlandırılacaqlar.
(Klub saytı)
