AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA İK növbəti cəza və cərimələri açıqlayıb. Azerisport.az AFFA İK-nin qərarlarını diqqətinizə çatdırır:
2 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XIX turunun “Neftçi” – “Simurq” matçının 61-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadəsi olunduğu üçün klub 1000 manat cərimə olunub;
2 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XIX turunun “İnter” – AZAL matçında AFFA nüməyəndəsinə təqdim olunan oyunun videoyazısı qeyd edilmiş disk boş olduğu üçün meydan sahibi klub 1000 manat cərimə olunub;
1 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “Bakı” – “Rəvan” oyunun 62-ci dəqiqəsində “Bakı” klubunun 2 №-li futbolçusu Təyyar Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub;
1 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “İnter” – AZAL matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandıığı üçün klub 500 manat cərimə olunub;
3 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “Neftçi” – “Simurq” oyunun 90+1-ci dəqiqəsində “Neftçi” klubunun 15 №-li futbolçusu Ruslan Sorokin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub;
22 dekabr 2013-cü il U-19 Liqasının “Rəvan” – “Simurq” matçının 87-ci dəqiqəsində “Simurq” klubunun 18 №-li futbolçusu Famil İbrahimxəlilov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb;
22 dekabr 2013-cü il U-19 Liqasının “Sumqayıt” – “Neftçi” matçının 52-ci dəqiqəsində “Sumqayıt” klubunun 18 №-li futbolçusu Turan Təhməzov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb;
29 yanvar 2014-cü il U-19 Liqasının “Qəbələ” – “Simurq” matçının 20-ci dəqiqəsində “Simurq” klubunun 4 №-li futbolçusu Şuay Hüseynov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb;
U-15 Liqasında iştirak edən “Vətən” klubunun heyətində çıxış edən Səlimxan Zamanovun sənədlərinin saxta olması aşkar edilmişdir. Bu səbəbdən də futbolçunun çıxış etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(AFFA)
