4 fevral 2014 13:22
B kateqoriyalı məşqçi kursu start götürdü
Fevralın 3-dən etibarən Bakı şəhərində AFFA tərəfindən təşkil olunmuş UEFA-nın "B" kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb. Azerisport.az xəbər verir ki, fevralın 7-də ilkin mərhələsi başa çatacaq kursun növbəti məşğələləri 17-21 fevral və 10-14 mart tarixlərində keçiriləcək.
(AFFA)
