4 fevral 2014 13:00

Əli Gökdəmir: Mən Azərbaycan yığmasının oyunçusuyam və mənə daimi olaraq oynamaq lazımdır

Milimizin və “Elazığspor”un yeni müdafiəçisi Əli Gökdəmir yeni kluba icarə əsasında keçidi haqda danışıb. Azerisport.az Gökdəmirin müsahibəsini diqqətinizə çatdırır:

- “Hannover”in sükanı arxasına Tayfun Korkut gələndən sonra, sizin birinci komandada oynamaq şansınızın olacağı düşünülürdü. Ancaq türk mütəxəssisin gəlişindən sonra siz ikinci komandaya göndərildiniz.
- Mirko Slomikadan Korkuta 12 müdafiəçi qalmışdı. Bu, demək olar ki, komandanın yarısıdır. Belə bir vəziyyətdə daha təcrübəli rəqiblərin rəqabətində birinci komandaya düşmək mənə  çətin idi.

- Demək, buna görə getmək qərarına gəldiniz?
- Mən məşqçi ilə danışdım və o, mənə dedi ki, yarım il başqa komandada oynamaq ən yaxşı variant olar. O, həmçinin, mənə bildirdi ki, mən Azərbaycan yığmasının oyunçusuyam və mənə daimi olaraq oynamaq lazımdır.

- Nə üçün “Elazığspor”?
- Bu, “Hannover”in ikinci komandasında dördüncü liqada oynamaqdan yaxşıdır. Həmçinin, mən müvəqqəti də olsa, Superliqa klubuna keçmişəm. Komandanı məşhur Okan Buruk çalışdırır. Belə bir futbol mütəxəssisinin rəhbərliyi altında çalışacağıma şadam. Baxmayaraq ki, lazımı pillədə qərarlaşmayıb (Superliqanın 19 turundan sonra 16-cı pillə - qeyd), pis komanda deyil.

- Burada yenidən oynaya bilərsiniz?
- Tayfun Korkut mənə dedi ki, burada əsas heyətdə oynamağım asan olacaq. “Elazığspor”da bir qədər oynayandan sonra, yenidən “Hannover”in birinci komandasına dönməyə çalışacağam. Bununla belə, mövsümün sonunda müdafiəçilərin yarısı komandanı tərk edəcək və mənim üçün yer boşalacaq.

- Sizi “Elazığspor”un heyətində nə zaman görə bilərik?
- Bu gün hələ ilk məşqimə çıxacağam. Hələ mənə nə zaman şans veriləcəyini bilmirəm. Bircə həftə komanda ilə məşq etsəm, düşünürəm ki, hazır olacağam.

- Yeri gəlmişkən, sizi mart ayında Dubayda Filippin yığmasına qarşı keçiriləcək oyuna çağırıblar?
- Hələlik belə bir təklif almamışam. Ola bilər ki, Azərbaycan çempionatından fərqli, Türkiyə çempionatında tur başqa vaxta keçirilməyəcək və buna görə də legionerlər cəlb edilməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.