3 fevral 2014 12:33

Rafael: Hələ məlum deyil ki, braziliyalılarsız Azərbaycan yığması AÇ-yə çıxa bilərdimi

Futzal millimizin oyunçusu Rafael azerisport.az saytına açıqlamasında AÇ-də İtaliya yığmasına məğlubiyyət (0:7) haqda danışıb.

- İtaliya yığmasına məğlubiyyət haqda nə deyə bilərsiniz?
- Belə ağır məğlubiyyəti isti izlərlə tədqiq etmək çətindir. Joze ALesio bizə meydançada necə fəaliyyət göstərməyi nə qədər desə də, onun ümidlərini doğrulda bilmədik.

- Nə üçün?
- Biz ilk dəqiqələrdə iki səhv etdik və iki qol buraxdıq. Bu iki qol bizim oyun və yarış cədvəlinə nəzarət müvazinətimizi pozdu.

- Bəlkə rəqibin oyunçularının səviyyəsinin üstünlüyü ilə əlaqədar belə oldu?
- İtaliya yığmasının səviyyəsi şübhə doğurmur, ancaq biz AÇ-yə belə bir nəticə üçün gəlməmişdik. Biz belə hesabla məğlub olmağı təxmin etmirdik.

- Hər halda, yığma özünün AÇ final mərhələləri tarixində ən böyükhesablı məğlubiyyətini aldı. Azarkeşlər sosial şəbəkələrdə komandanı çox tənqid edirlər. Tənqidləri cavablandırmaq istərdiniz?
- Deməzdim ki, bütünlüklə tənqidə layiqik. Ancaq günahımız var. Bu dəhşətli oyunu unutmaq lazımdır. Ola bilər ki, biz azarkeşlər qarşısında günahımızı tezliklə, apreldə Bakıda keçiriləcək UEFA Kubokunun Dördlər finalında yuyaq.

- “Araz” yığma üçün baza komandasıdır. Dördlər finalında Sloveniya kimi rəqibin olmadığı bir yarışda komanda nəyə nail ola bilər?
- Hələ hazırlığa vaxtımız var. Bəli, “Barselona”, “Dinamo”, “Kayrat” güclü komandalardır. Ancaq “Araz”ın da öz adı var.

- Azərbaycan yığmasını milliləşdirilmiş braziliyalıların çoxluğuna görə tənqid edirlər. Sizcə, onlar yığmada çoxdur?
- Bu mənə aid sual deyil. Məşqçi dəvət edir və oynadır. Ancaq düşünürəm ki, Azərbaycanda yaxşı yerli oyunçular az deyil. Ancaq yığmada braziliyalı futzalçıların təcrübəsi gərəkdir. Axı braziliyalılar yalnız Azərbaycan yığmasında oynamır.

- Qeyd etdiniz ki, ölkəmizdə kifayət qədər yaxşı yerli oyunçular var. Sizcə, onlar komandanı AÇ-nin final mərhələsinə daşıya bilərlər?

- Yaxşı sualdır. Hələ məlum deyil ki, braziliyalılarsız Azərbaycan yığması AÇ-yə çıxa bilərdimi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.