2 fevral 2014 23:55
Maşado Nilson: Güman ki, bu, mənim son mövsümümdür
Futzal millimizin oyunçusu Maşado Nilson azerisport.az saytına açıqlamasında AÇ-nin “C” qrupunda son tur çərçivəsində İtaliya yığmasına qarşı keçirmiş oyunla (0:7) bağlı fikrilərini bildirib:
“Qol vurmaq üçün vəziyyətlərimiz vardı. Belə böyükhesablı məğlubiyyəti gözləmirdim. Rəqib güclü idi. İkinci hissədə risk edirdik. Ancaq bu dəfə risk bəhrəsini vermədi. Güman ki, bu, Azərbaycan yığmasında mənim son mövsümümdür. Mövsümün sonunda qərar qəbul edəcəyəm”.
