3 fevral 2014 12:11
Tacikistan yığmasının yarımmüdafiəçisi Azərbaycanda oynamağın əleyhinə deyil
Tacikistan yığmasının və Düşənbənin “İstiklol” klubunun yarımmüdafiəçisi Fətxullo Fətxulloyev gücünü Azərbaycanda futbolda əleyhinə deyil. Azerisport.az xəbər verir ki, Fətxulloyev Qazaxıstanın “Kaysar” klubuna keçməyə cəhd etsə, də buna nail olmayıb.
“Kaysar” ötən il Qazaxıstan çempionatında çıxış etmək imkanı qazanıb. Yaxşı komandadır və burada özümü sınamq istərdim. Ancaq klubla müqaviləni nəzərdən keçirərkən, maliyyə məsələləri məni razı salmadı və bu səbəbdən mən evə döndüm. Yeni mövsümdə hansı komandada çıxış edəcəyim məlum deyil. Ancaq Qazaxıstan və Azərbaycan çempionatlarından bir neçə variant var. Yaxın vaxtlarda cari ildə hansı komandada çıxış edəcəyimə aydınlıq gələcək”, deyə Fətxulloyev “Varziş Sportu”ya bildirib.
(Sports.kz)
