3 fevral 2014 11:55
Filippin futbol federasiyasının prezidenti: Azərbaycana yox deyə bilmədik
Filippin futbol federasiyasının prezidenti Mariano Araneta Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Araneta bunları söyləyib:
“Yoldaşlıq görüşü keçirmək haqda Azərbaycan tərəfinin təklifini rədd edə bilmədik. Bu, mayda baş tutacaq Çellenc Kubokunun final mərhələsinə yaxşı hazırlıq olacaq”.
Xatırladaq ki, oyun mayın 5-də Dubayda keçiriləcək.
(GMA News)
