3 fevral 2014 11:11
Subaşiç oynadı, Orduspor qalib gəldi
Türkiyə Birinci divizionunda 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Branimir Subaşiçin komandası “Orduspor” “Karşıyaka”nı qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb.
Subaşiç start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib.
Hazırda “Orduspor” 42 xalla 4-cü pillədə qərarlaşıb.
