3 fevral 2014 11:00
Yunisoğlusuz Denizlispor məğlub oldu
Türkiyə Birinci divizionunda 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Saşa Yunisoğlunun komandası “Tekden Denizlispor” səfərdə “Samsunspor”un qonağı olub və 0:2 hesabı ilə məğlub olub.
Saşa Yunisoğlu iştirak ərizəsində olsa da, meydana çıxmayıb.
Hazırda “Denizlispor” 22 xalla 14-cü pillədə qərarlaşıb.
