3 fevral 2014 19:33

Dodo: Qəbələdən ayrılmağı heç vaxt düşünməmişəm

2014-cü ilin ilk rəsmi oyunu - “Sumqayıt”la qarşılaşma Luis Hilario üçün yubileylə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, Dodo ləqəbli braziliyalı Premyer Liqada 80-ci matçına çıxdı.

Yubilyar bu göstəricidə daha öncə "Qəbələdə" top qovmuş yalnız 3 oyunçudan geri qalır: Pavel Doroşev - 90, Abdulkader Kamara - 83, Lyubo Baranin - 82.

Matç Dodo üçün həm də digər yeniliklə yadda qaldı. İkinci dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan cənubi amerikalı ilk dəfə Premyer Liqa oyununda bu vəzifəni icra etdi. Bunadək Dodo yalnız kubok qarşılaşmasına kapitan kimi başlamışdı. Matçın ardından gabalafc.az saytına fikirlərini bölüşən braziliyalı uzun müddət "Qəbələ"nin formasını geyinməkdən şərəf duyduğunu, bu forma ilə uğurlara imza atmaq istədiyini bildirib: 

"Artıq 3-cü ildir ki, "Qəbələ"dəyəm. Bu müddət ərzində həm sevincli, həm kədərli günlərimiz olub. Komandamla gözəl qələbələrə sevinib, gözlənilməz məğlubiyyətlərə üzülmüşük. Amma heç vaxt "qırmızı-qara" formanı geyinməyimə peşman olmamışam, bu formanı daşımaqdan yorulmamışam. Hər zaman rəhbərlikdən dəstək, azarkeşlərimizdən sevgi görmüşəm. Yəni arxada qoyduğum 80 oyundan həzz almışam. Bu dövr ərzində bir çox təklif alsam da, "Qəbələ"dən ayrılmağı heç vaxt düşünməmişəm. Təəssüf ki, hələ komandamla yaddaqalan uğura imza atmamışam. Amma bu mövsüm uğura çox yaxınıq. İnanıram ki, cari futbol ilinin sonunda hədəflərimizə nail olacağıq. Mən də komandamla 100-cü, 200-cü, 300-cü oyunuma çıxacağam, yeni-yeni uğurlara imza atacağam".

Braziliyalı futbolçu kapitanlıq sarğısını daşımaq məsuliyyətini ona həvalə etdiyinə görə baş məşqçi Yuri Syominə təşəkkürünü bildirib:

"Sumqayıt"la matçda meydançaya kapitan kimi çıxdım. Bu, mənim üçün Premyer Liqada çox məsuliyyətli yenilik idi. Baş məşqçimizə kapitanlıq sarğısını daşımağı mənə həvalə etdiyinə görə təşəkkür edirəm. Bu məsuliyyətin öhdəsindən gəlmək üçün var gücümlə çalışacağam".

(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.