Villian Tyeqo: Ümid edirəm ki, daha belə hava olmayacaq
“Xəzər Lənkəran”ın müdafiəçisi Villian Tyeqo TPL-in 19-cu turu çərçivəsində “Qarabağ” üzərində qələbədən və öz debütündən danışıb.
- Qələbə kifayət qədər gözlənilməz alındı. Özü də səfərdə.
- Əvvəlcədən bilirdik ki, bu, çətin oyun olacaq. Buna rəğmən, oyuna hazır idik. Bu səbəbdən qələbə qazana bildik.
- Özünüzün Azərbaycanda debütünüzlə bağlı təəssüratlarınız?
- Yeni komanda ilə həmişə qələbə debütü etmək istəyirsən. Təbii ki, uğur və qazanılmış üç xala görə sevinirəm.
- Qələbə ruhunu qoruya biləcəksiniz?
- Mən və komanda qələbələrə davam etmək və öz azarkeşlərimizi sevindirmək istəyirik.
- Bu gün sizə daha çox sığortalayıcı mövqedə oynamaq lazım gəlirdi. Bu, “Xəzər Lənkəran”ın müdafiəsində hələ də qalmaqda olan problemlərdən xəbər verir?
- Bu mənada heç bir problem yoxdur. Sığortalama sxemini biz məşqlərdə işləyib hazırlamışıq. İstər-istəməz, komanda yoldaşını həmişə sığortalamalı olursan. Oyun belədir.
- Mənfi temperaturda oynamaq sizə necə təsir etdi?
- (Gülür) Çox ümid edirəm ki, daha belə hava şəraiti olmayacaq.
