3 fevral 2014 17:33
Simurq Flaqmanın əvəzedicilərini məğlub etdi
Əvəzedici heyətlərin ölkə birinciliyində 19-cu tura yekun vurulub. Azerisport.az xəbər verir ki, “Neftçi”nin qonağı olan “Simurq” rəqibini 2:1 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra Zaqatala təmsilçisi turnir cədvəlində yenidən ikinci pilləyə yüksəlib.
“Neftçi” - “Simurq” 1:2
(Aqşin Qurbanlı, 57 // Vasif Mehrəliyev, 4 (ö. q.); Arzuman Nəsibov, 20)
(PFL)
