3 fevral 2014 16:11
İaşvili karyerasını başa vuracaq?
"İnter"in futbolçusu Aleksandr İaşvili mövsümün sonunda karyerasını başa vura bilər. Azerisport.az xəbər verir ki, 37 yaşlı gürcü futbolçu müqaviləsi başa çatandan sonra futboldan ayrılmaq barədə düşünür.
"İnter"lə qüvvədə olan razılaşma mayın sonlarında başa çatır. Qeyd edək ki, İaşvili paytaxt təmsilçisinə 2013-cü ilin yayında transfer olunub.
