3 fevral 2014 15:33
Xəzər Lənkəran Böyük oyuna Bakıda hazırlaşacaq
“Xəzər Lənkəran” TPL-in 20-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcəyi “Böyük oyun”a Bakıda hazırlaşacaq. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi hava şəraiti ilə əlaqədar olaraq, Lənkərana qayıtmağı məqsədəuyğun hesab etməyib.
Komandanın Lənkərana fevralın 9-u baş tutacaq oyuna iki gün qalmış yollanacağı gözlənilir.
