3 fevral 2014 15:05

Güvənc Kurtar 46-cı oldu

“Rəvan”ın türkiyəli baş məşqçisi Güvenc Kurtar Topaz Premyer Liqasında debüt edib. Azerisport.az xəbər verir ki, 19-cu turun “Bakı” ilə qarşılaşması türkiyəli mütəxəssis üçün çempionatda birinci oyun olub. 1:5 hesablı məğlubiyyətə üzülən əcnəbi çalışdırıcı Premyer Liqa tarixinin 46-cı əcnəbi baş məşqçisi olub.

Cari mövsümədək 42 xarici mütəxəssisin çalışdığı çempionatda Milinko Pantiç (“Bakı”) və Yuri Syomin (“Qəbələ”) startda, Mustafa Denizli (“Xəzər Lənkəran”) isə ötən ilin sonlarında debüt etmişdi. Onların ardınca mövsümün 4-cü debütantı olan Kurtar bu rəqəmi 46-ya çatdırıb.

Kurtar Premyer Liqada çalışan 12-ci türkiyəlidir. Ona qədər Rasim Kara (“Qarabağ” və “Xəzər Lənkəran”), Naci Şensoy, Mustafa Yılmaz (hər ikisi “Turan”), Fatih Kavlak(“Qəbələ”), Bülent Korkmaz (“Bakı”), Cüneyt Biçer (“Bakı” və “Xəzər Lənkəran”), Mehmet Tayfun Türkmən (“Gənclərbirliyi”), Cevat Gülər (“Rəvan”), Şenol Fidan, Mustafa Denizli (hər ikisi “Xəzər Lənkəran”), Fuad Yaman (“Karvan”) Azərbaycan çempionatında çalışıb.

Ümumilikdə isə çempionatda 18 ölkədən olan məşqçilər çalışıb: Türkiyə - 12, Ukrayna – 7, Gürcüstan, Serbiya – hərəsi 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rusiya, İspaniya – hərəsi 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Xorvatiya, Uels – hərəsi 1.

Kurtar “Rəvan”ın tarixində 3-cü əcnəbi baş məşqçidir. Ona qədər həmyerlisi Cevat Gülər və bosniyalı Kemal Alispahiç də paytaxt klubunda çalışıb. Ümumilikdə isə Azərbaycanın 17 klubu Premyer Liqada gəlmə çalışdırıcıya güvənib: “Xəzər Lənkəran” - 8, “Bakı” – 7,  “İnter”, “Simurq” , “Qəbələ” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” , “Rəvan” – hərəsi 3, “Muğan”, AZAL – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.

Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçer, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Alispahiç Premyer Liqada 2 klubda çalışıb.

(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.