3 fevral 2014 14:22
Kalonas bu gün Simurqla müqavilə imzalayacaq
Bakı"nın futbolçusu Mindauqas Kalonas karyerasını "Simurq"da davam etdirəcək. Azerisport.az saytına açıqlamasında futbolçu "Bakı"dan ayrıldığını təsdiqləyib:
"Bir neçə variant var idi. Mən "Simurq"u seçdim. İcarə əsasında mövsümün sonuna qədər çıxış edəcəyəm. Artıq klublar arasında razılaşma var. Rəsmi müqaviləyə axşam saatlarında imza atacağam".
Qeyd edək ki, "Simurq"la yanaşı "Rəvan" da Kalonasla maraqlanıb. Futbolçu sərfəli şərtlərə görə Zaqatala təmsilçisini seçib.
