3 fevral 2014 14:14

Tahir Süleymanov: İndi liderliyə yüksəlmək, hələ heç nə demək deyil, çempion mayda məlum olacaq

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına açıqlamasında komandanın çempionata hazırlığından, "Simurq"la və “Xəzər Lənkəran”la oyundan, hədəflərindan danışıb:

- Komandanın qış transfer dövründə hazırlığını necə qiymətləndirirsiniz?
- Sadıq Sadıqov "Neftçi"nin prezidenti olandan klubun strategiyası bəllidir və biz bu yolla davam edirik. Klub rəhbərliyi təlim-məşq toplanışı üçün hər cür şərait yaratdı. 12-27 yanvar tarixlərində Antalyada çox səmərəli hazırlıq keçdik. Böyükağa Hacıyevin rəhbərliyi altında beş yoxlama görüşü baş tutdu. Sevindirici haldır ki, komandaya əvəzedici heyətdən bir neçə oyunçu dəvət edildi. Üstəlik, "Neftçi" Samir Məsimovla uzun müddətli müqavilə imzaladı. Gənc futbolçu yoldaşlıq görüşlərində ona olan ümidi doğrultdu. Bakıya qayıdandan sonra Sankt-Peterbuqr "Zenit"inin gənc futbolçusu Elvin Bədəlovu transfer etdik. Bütövlükdə komandamız legioner transfer etmədi. Gənc həmyerlilərimizə şans verməyi düzgün saydı. Artıq Elvin Yunuszadə, Araz Abdullayev, Cavid İmamverdiyev kimi yetirmələrimiz komandanın əsas oyunçusuna çevrilib. Müəyyən müddətdən sonra komandaya yeni qoşulan gənc oyunçularımız da əsas heyətin üzvünə çevriləcək. "Neftçi" daim yerli futbolçulara inanıb. Gənclər bizim gələcəyimizdir. Bununla biz həm də Azərbaycan yığmasını düşünmüş oluruq.

- Antalyada olduğunuz zaman millinin çalışdırıcısı Berti Foqts da düşərgədə oldu. Komandanın hazırlığı haqda hansı fikirdə oldu?
- Berti Foqts "Neftçi"nin Fənərbağça və Partizanla oyunlarını izlədi. Mətbuata verdiyi açıqlamalarda komandamız haqda fikirlərini söyləyib. Ümumilikdə təlim-məşq toplanışından razı qaldı.

- Fasilədən sonra keçirilən ilk oyunda “Xəzər-Lənkəran” "Qarabağ"a qalib gəldi. Demək olar ki, cənublular xeyli güclənib...
- “Xəzər-Lənkəran” heç zaman sıradan bir klub olmayıb. Cənublular istənilən vaxt yaxşı oyun göstərməyə çalışıblar. Ümid edirəm onlar tez bir zamanda liderlər qrupuna qoşulacaq. Komandalarımızın güclənməsi bizi yalnız sevindirir. Çünki, belə halda rəqabət artır. "Qəbələ" Marat İzmayılov kimi oyunçunu heyətə cəlb etdi. Bu gün Yuriy Syomin, Mustafa Dənizli kimi məşqçilərin çempionatda olması yarışa əlavə rəng qatır. "Neftçi" ardıcıl üç il çempionluq sevinci yaşadı, bu ildə qızıl medallar uğrunda sona qədər mübarizə aparacaq. Fiziki və psixoloji cəhətdən hazırlıqlı olan komanda sonda qalib gələcək.

- Yəqin ki, əsas hədəf avrokuboklar olacaq...
- Əlbəttə, bütün klublarımız əsas avrokuboklarda mübarizəyə köklənməlidir. İnter, Qəbələ, Qarabağ və digər komandalarımız Avropa Liqasında qrup mərhələsinə düşmək üçün oynamalıdırlar. İstərdik ki, "Neftçi"də başda olmaqla, bütün klublarımız Avropa meydanlarından Azərbaycanın adını uca tutsun.

- “Qarabağ”ın məğlubiyyəti izləyicilərinə irəliləmək şansı verdi...
- Hal hazırda liderliyə yüksəlmək hələ heç nə demək deyil. Çempion mayda məlum olacaq. Bizim üçün indi liderliyə yüksəlmək vacib deyil. Əsas stabil oyun nümayiş etdirməklə çempion olmaqdır. Komandamızda yaxşı atmosfer var. Ona görə "Neftçi" sona qədər titulunu qorumaq uğrunda yarışacaq. Qızıl medallar uğrunda “Bakı”, “İnter” klubları ilə yanaşı, “Xəzər-Lənkəran”ın da yarışacağını söyləmək olar.

- "Simurq"la oyun haqda nə deyə bilərsiniz?
- "Simurq" gözlənildiyi kimi əzmlə mübarizə aparırdı. Rəqib sona qədər xal qazanmağa çalışdı. Fikrimcə "Neftçi" gözəl oyunla layiqli qələbə qazandı. "Simurq" Azərbaycan çempionatından az top buraxan klublardandır. 3 qol vurmaqla hücum xəttində heç bir problemin olmadığını göstərdik. Eyni zamanda komandaya heç bir transfer lazım olmadığı göründü. Böyükağa Hacıyev ilk dəqiqələrdən Samir Məsimovu meydana buraxmaqla cəsarətli addım atdı. Onun iki dəyişikliyi görüşün taleyini həll etdi. Biz 3-0 hesablı qələbə ilə başladır. Xəzər-Lənkəranda "Qarabağ" üzərində qələbə qazanıb. Ona görə böyük oyuna maraq çox olacaq.

- Yeri gəlmişkən "Neftçi" "Xəzər-Lənkəran"la oyuna hazırdı?
- İlk olaraq "Neftçi" adından cənubluların baş məşqçisi Mustafa Dənizliyə şəfa arzulamaq istərdim. Çox istərdik ki, növbəti oyunda texniki zonadakı yerini tutsun və komandasının yanında olsun. “Xəzər Lənkəran” - “Neftçi” oyunu artıq Azərbaycan sərhədlərini keçib. Ölkə hüdudlarından kənarda da izlənilir. Hər iki komandanın böyük oyuna layiqli futbol nümayiş etdirəcəyinə ümid edirik. Azarkeşlər belə oyunlardan zövq almalıdır. "Neftçi"nin məqsədi təkcə “Xəzər Lənkəran” deyil, bütün görüşlərdə qələbə qazanmaqdır. 

- Martda millinin hazırlığı ilə əlaqədar, çempionatda fasilə yaranacaq. Bu fasilə sizin klubunuzun planlarını pozmayacaq?
- Komandamız milliyə ən çox futbolçu verən klublardan biridir. Bizim yolumuz bəllidir. Biz gənclərə şərait yaratmaq istəyirik. İstərdik, martda milliyə daha çox futbolçumuz dəvət alsın. 

- "Neftçi" çempion olmasa bu uğursuzluq kimi qiymətləndiriləcək?
- Ardıcıl 3 mövsüm çempion olduq. 3,5 hətta 10 il çempion ola bilməyən komandalar var. Bununla dünya dağılmır. Əsas düzgün istiqamətdə iş aparmaqdır. İstəyimiz Avropa meydanlarında uğurla çıxış etməkdir. Milli çempionatda 3-cü dövrə başlayır. İstərdim ki, jurnalistlər, futbol ictimaiyyəti daha çox meydandakı oyunu müzakirə etsinlər. Kənardakı amillər futbolun keyfiyyətini müzakirə etməyə mane olmasın. Futbol oynaya bilməyəndə kənardakı amillər daha çox diqqətdə qalır. Sadəcə bu gün çempionatımızda meydanda gedən mübarizə müzakirə obyekti olmalıdır. "Neftçi"də başda olmaqla bütün klublarımıza Avropa meydanlarında uğurlar arzu edirəm. Yayda hamımız bir məqsəd uğrunda çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.