3 fevral 2014 13:55
Mustafa Dənizli xüsusi təyyarə ilə İstanbula aparıldı
"Xəzər-Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyəyə aparılıb. Azerisport.az klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, Dənizli komandanın sahibi Mübariz Mənsimovun təyyarəsi ilə İstanbula yollanıb.
Onun iki gün sonra Lənkərana gələcəyi bildirilir. Bu müddətdə komandanın məşqlərinə köməkçisi Oğuz Çətin rəhbərlik edəcək. Komandanın mətbuat katibi Hüseyn Cəbrayıloğlu Dənizlinin səhhətində heç bir problemin olmadığını söyləyib: "Səhhətində problem yoxdur. Sadəcə, Dənizli şəxsi həkiminə müraciət etməyi lazım bilib. Tez bir zamanda Lənkərana qayıdacaq".
