Maşado Nilson: Üçüncü qolu buraxanda bizim günümüz olmadığını anladıq
Futzal millimizin oyunçusu Maşado Nilson açıqlamasında AÇ-nin “C” qrupunda son tur çərçivəsində İtaliya yığmasına qarşı keçirmiş oyunla (0:7) bağlı fikrilərini bildirib. Azerisport.az xəbər verir ki, Nilson bunları söyləyib:
“Məğlubiyyət birinci hissənin son beş dəqiqəsində hiss olunmağa başladı. Üçüncü qolu buraxanda bizim günümüz olmadığını anladıq. Əks-hücumlarda oynamağa hazırlaşmışdıq. Ancaq oyun tam əksinə alındı. İtaliya yığması yaxşı vəziyyətlər yaradıb əks-hücumlarda qol vurdu. Birinci hissənin sonunda aydın idi ki, çox çətin olacaq. Ancaq mən hesabın belə böyük olacağını gözləmirdim.
İtalyanlar bizə qarşı sloveniyalılardan daha yaxşı hazırlaşmışdılar. Onlar Sloveniya yığmasına qarşı bizim necə oynadığımızı görmüşdülər. Onlara əla hazırlaşmaq müyəssər oldu. Qapıçını oyundan almaq həmişə böyük riskdir. İtalyanlar toparlanıb çoxlu qollar vurdular. İndi biz evə yollanırıq. Əlbəttə, çox xoşagəlməz vəziyyətdir. Bir top fərqi ilə də məğlub ola bilərdik, ancaq belə böyük hesabla məğlub olduq. Çox acıdır.
Bu, o demək deyil ki, oyundan sonra oyunçular bir-birinin gözlərinə baxa bilməsinlər, yox. Hamı çalışırdı, heç kim meydançada sərinləmirdi. Heç zaman baş endirmək olmaz. Artıq üç ay sonra biz (“Araz”ı nəzərdə tutur - red.) futzal üzrə UEFA Kubokunun Dördlər Finalında iştirak edəcəyik. Toparlanmaq lazımdır.
Güman ki, bu, mənim üçün futzalda son mövsümdür. Bu,sona gələndə müzakirə edərik. Baxarıq. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Ancaq hər şey yalnız məndən asılı deyil. Oynamağa davam etməyi qərar versəm, “fizikam” qaydasındadır, bacararam. Bəzi məqamları təhlil etmək lazımdır və o zamn mən qərar verəcəyəm”.
(UEFA)
