2 fevral 2014 00:33

Emil Əliyev: AÇ-2014-də Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək oyun hər iki xalq üçün xüsusi hadisə ola bilər

Rusiya mini futbol assosiasiyasının prezidenti Emil Əliyev azerisport.az saytına müsahibəsində Azərbaycanın AÇ-2014-də perspektivlərindən və futzal üzrə UEFA Kubokunun Dördlər finalından danışıb.
- Siz yəqin ki, Azərbaycan və Sloveniya yığmaları arasında keçirilmiş dünənki oyuna (7:6) baxmısınız. Oyun hansı təəssüratları buraxdı?
- Azərbaycan qələbə xarakteri və iradəsi göstərdi. Belə hesabla qəlbə italyanlarla heç-heçə və ya minimal hesabla məğlubiyyətə oynamaq imkanı verir. Azərbaycan yığması İtaliya komandasını yarışdan kənarda qoyaraq tarix yaza bilər.
 
- Hazırda bu oyunun yarışda ən maraqlı oyun olduğunu hesab etmirsiniz?
- Vurulmuş qollar və hisslərin coşması baxımından ən gözəl oyunlardan biridir, lap yəqin.
 
- Komandamızın ən yaxşı oyununu göstərmədiyi ilə razısınız?
- Komandanız üçün bu oyun ilk oyun idi. Ancaq Sloveniya ilk oyunda İtaliya üzərində qələbədən sonra gözəl mənəvi ruh almışdı. Bu vəziyyətdə Azərbaycan yığması layiqli oynadı.
 
- Sizin komandanızın məqsədləri haqda nə deyə bilərsiniz?
- Həmişə yüksək məqsədlərimiz var. Mükafata yerləri uğrunda mübarizə aparırıq.
 
- İspaniya ilə çempionluq uğrunda mübarizə aparmaq nə dərəcədə realdır?
- Düşünmürəm ki, yalnız ispanlarla mübarizə aparacağıq. Onların hələlik bir xalı var. Bu çempionat bizə hələ çox sürprizlər bəxş edəcək. Dördlükdə əvvəlcədən heç bir qoyuluş edilməmiş komandalar ola bilər.
 
- Azərbaycan və Rusiya yığmalarının yarımfinal və ya finalda görüşəcəyi mümkündür?
- Əgər biz Azərbaycan yığması ilə oynasaq, bu oyun hər iki xalq üçün xüsusi hadisə olacaq.
- Bu il aprelində Bakıda UEFA Kubokunun Dördlər finalı keçiriləcək. Yarışda Moskva “Dinamo”su da iştirak edəcək.
-Mən artıq Bakıya dəvətlilər arasında varam. Şadam ki, Azərbaycanın paytaxtı bu yarışı təşkil etmək hüququ əldə etdi. Belə hadisələr Azərbaycana Avropa futzalına daha sürətlə inteqrasiya etməyə imkan verir.  Əminəm ki, bunun ardınca AÇ-ni keçirmək şansı gələ bilər. Çünki, iştaha yemək əsnasında gəlir. Bildiyimiz kimi, Azərbaycanda xörək bişirməyi bacarırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.