2 fevral 2014 12:11
Tahir Süleymanov: Hava şəraitinin pis olmasına baxmayaraq, "Neftçi" yenə hücum futbol oynayacaq
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına açıqlamasında “Flaqman”ın TPL-in 19-cu turu çərçivəsində "Simurq"a qarşı keçirəcəyi oyundan danışıb:
“Bütün rəqiblərə hörmətlə yanaşırıq. İlk iki dövrədəki oyunlarımız çətin olub. Bu komanda istənilən rəqibə başağrısı ola bilər. Liderlərə qarşı oynamağı bacaran komandadır. Hava şəraitinin pis olmasına baxmayaraq, "Neftçi" yenə hücum futbol oynayacaq. Məqsədimiz yalnız qələbədir”.
