Joze Alesio: Hamı günahkardır və ilk növbədə mən
Futzal millimizin baş məşqçisi Joze Alesio AÇ-nin “C” qrupunda son tur çərçivəsində İtaliya yığmasına qarşı keçirmiş oyunla (0:7) bağlı fikrilərini bildirib. Azerisport.az Alesionun müsahibəsinin diqqətinizə çatdırır:
- Oyun haqda nə deyə bilərsiniz?
- Mən məyusam. Biz dörddəbir finala çıxmağı gözləyirdik. Bizim buna gözəl perspektivimiz vardı.
- Məğlubiyyətdə kimi əsas günahkar hesab edirsiniz?
- Özümü. Hamı günahkardır və ilk növbədə mən. Belə məğlub olmaq heç də yaxşı deyil. Bizim tariximizdə hələ belə məğlubiyyət olmayıb. Birinci hissədə bu qədər qol vəziyyəti yaratdıq, ancaq vura bilmədik. Əvəzində, üç dəfə səhv edib üç qol buraxdıq. Sonra isə riskə getdik.
- İş yalnız bəxtsizlikdədir?
- Əlbəttə ki, yox. Bizim qeyri-dəqiqliyimiz daha kobud idi. Qapıçı da xilas etmədi. Biz həm də sloveniyalılarla oyunda səhvlər edirdik.
- Cari AÇ öz səviyyəsinə görə ötən AÇ-dən daha güclüdür?
- Deməzdim. Burada da güclü komandalar var. Orada da vardı. Bizə çox güclü qrup düşdü. Elə Sloveniyanın özü hədiyyə deyildi.
