2 fevral 2014 11:33
AÇ-də ilk pley-off cütləri məlum oldu
Belçikada keçirilən futzal üzrə AÇ-də ilk pley-off cütləri məlum olub. Azerisport.az xəbər verir ki, Portuqaliya - Rusiya (4:4) və Ukrayna - Belçika (0:0) oyunlarından sonra, Ukrayna millisi dörddəbir finala vəsiqəni rəsmiləşdirib.
Dörddəbir finalda Ukrayna - Portuqaliya və Rusiya - Rumınıya cütləri üz-üzə gələcək. Oyunlar sabah keçiriləcək.
