Georgi Nikolov: Əvvəlcə, Qarabağ İnterə qalib gələ bilmirdi, indi hər şey tərsinədir
“İnter”in prezidenti Georgi Nikolov komandasının TPL-in ikinci dövrəsinə startı ərəfəsində azerisport.az saytının suallarını cavablayıb:
- Komandanızın çempionatın ikinci yarısına hazırlığını necə qiymətləndirirsiniz?
- Komandanın hazırlığını qiymətləndirmək mənə çox çətindir. Belə ki, mən Antalyada toplanışda deyildimAncaq yoldaşlıq oyunlarına görə mühakimə etsək, bu, çempionatın ikinci yarısında komandanın uğurlu çıxışına ümid verir. Məsələ hətta nəticədə deyil. Mənə elə gəlir ki, məşqçi qərargahına ilk növbədə oyunçuları baxışdan keçirmək, oyunçuların qarşılıqlı əlaqəsini yoxlamaq lazım idi ki, onlar bütün bunları etdilər.
- Nəticələr tamamilə vacib deyildi?
- İstənilə idmançı həmişə qələbə qazanmaq istəyir. Əlbəttə ki, qələbələr köklənməyə, komandadaxili ab-havanı yaxşılaşdırmağa kömək edir. Buna görə də “Holşteyn”ə məğlubiyyət məni məyus etdi.
- Yeni oyunçular haqda nə deyə bilərsiniz?
- Düşünürəm ki, onlar özlərini çempionat oyunlarında göstərməlidir. Bu halda, onlar haqda nə isə demək olar. Ancaq mən şadam ki, avrokuboklar uğrunda mübarizədə bizə kostarikalı Madriqal və fransız Bokanyo kömək edəcək.
- Avrokuboklar ya Avropa Liqasında yer üçün?
- Sizin nəyə eyham vurduğunuzu başa düşürəm. Həqiqətən, çempionatda bizim şanslarımız elə də yüksək deyil. Ancaq üçüncü yerdən bizi cəmi yeddi xal ayırır. Bu fərqi 18 tur ərzində aradan qaldırmaq olar. İndi bizim xal itkisinə haqqımız yoxdur.
- “Qızıl” uğrunda mübarizənin ilk “üçlük” arasında gedəcəyini düşünmürsünüz?
- Hələlik, ehtimallar vermək tezdir. “Üçlük”dən kənarda da bu mübarizəyə müdaxilə etmək istəyən komandalar var.
- Artıq iki ildən çodur ki, “İnter” “Qarabağ”a qalib gələ bilmir. Səbəb nədir?
- Əgər biz bunun səbəblərini bilsəydik, bu, belə uzun çəkməzdi. Əvvəlcə, “Qarabağ” “İnter”ə qalib gələ bilmirdi, indi hər şey tərsinədir. Ağdamlıların əla komandası var. Onlar inamla fəaliyyət göstərir. Bizim isə müəyyən mənada bəxtimiz gətirmir. Biz tez-tez səhv edirik. Son oyunda hesab 2:2 olarkən, son dəqiqələrdə qol buraxdıq.
- AZAL-a qarşı oyundan nə gözləyirsiniz?
- Bu, çox çətin komandadır. Bizə asan olmayacaq. Onlar sona qədər mübarizə aparacaq. Ancaq biz çempionatın ikinci yarısına qələbə ilə başlamaq istəyirik.
- Yığma komandanın Dubay toplanışı ilə əlaqədar olaraq, PFL-in çempionatın təqvimində dəyişiklik etməsi sizi təəccübləndirmədi?
- Yığma üçün biz hər şeyə hazırıq. Təqvim tarixinin dəyişiləcəyini gözləyirdik. Sadəcə, PFL klubları da unutmamalıdır. Onsuz da mənim sözlərim heç nəyi dəyişmir, buna görə də təkrarlanmayacağam.
- Çempionatın hazırkı formatı sizi qane edir?
- Bəli, bu, müsbət amildir. Turların sayı artıb. Həmçinin, maraqlı oyunların sayı da. Düşünürəm ki, bundan hamı qazanıb: həm PFL, həm klublar, həm də azarkeşlər.
