2 fevral 2014 21:11
Vaqif Sadıqov: Oyunun ədalətli nəticəsi heç-heçə olmalı idi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov TPL-in 19-cu turu çərçivəsində keçirilmiş “İnter” - “AZAL” oyunu (2:1) haqda fikirlərinin bildirib. Azerisport.az xəbər verir ki, Sadıqov bunları söyləyib:
“Məğlub olmağımıza baxmayaraq, bu gün komadam yaxşı oynadı. Oyundan razı qaldım. Oyunun ədalətli nəticəsi heç-heçə olmalı idi. Lakin sonda ustalıq öz sözünü dedi. “İnter” ikinci qolu vuraraq qələbə qazandı”.
