2 fevral 2014 21:00
Kaxaber Sxadadze: Rəqib bizə qarşı başa-baş oyun göstərdi
“İnter”ın baş məşqçisi Kaxaber Sxadadze TPL-in 19-cu turu çərçivəsində keçirilmiş “İnter” - AZAL oyunu (2:1) haqda fikirlərinin bildirib. Azerisport.az xəbər verir ki, Sxadadze bunları söyləyib:
“Oyunun əvvəlində hesabda irəli çıxdıq və hər iki qolumuz gözəl alındı. Rəqib bizə qarşı başa-baş oyun göstərdi. Hətta, deyərdim ki, oyun boyu, bu, bizə çətinlik yaratdı. Komandamın oyunundan razı qaldım. Vaqif müəllimin fikrinə hörmətlə yanaşıram. Onlar bizə heç nədən qol vurdular, bizim qollarımız isə baxımlı alındı. Onların qolunu gözləmirdik”.
