2 fevral 2014 20:11
İspaniya TV kanalı: Azərbaycan yığmasının təhlükəli hücumları var
İspaniyanın 24TV kanalı Belçikada keçirilən futzal üzrə Avropa çempionatı ilə bağlı süjet hazırlayıb. Azerisport.az xəbər verir ki, süjetdə Azərbaycan yığmasının güclü heyətə malik olması qeyd olunur:
"Sloveniya millisi üzərində qələbə Azərbaycan yığmasının gücünü göstərdi. Bu komanda yaxşı legionerlərdən qurulub. Təhlükəli hücumları var. Ona görə ehtiyatlı olmaq lazımdır. Növbəti rəqib İtaliya komandası olacaq. Bununla belə, Azərbaycan qrupdan çıxmaq məsələsini həll edib".
