2 fevral 2014 19:33
Giorgi Çixradze: Buraxılmış ikinci qol komandanın ruhunu sındırdı
“Simurq”un baş məşqçisi Giorgi Çixradze TPL-in 19-cu turu çərçivəsində keçirilmiş “Neftçi” - “Simurq” oyunu (3:0) haqda fikirlərinin bildirib. Azerisport.az xəbər verir ki, Çixradze bunları söyləyib:
“Fasilədən sonra uğurlu nəticəyə nail ola bilmədik. Oyunun birinci hissəsində biz çox yaxşı oynadıq. Ancaq ikinci hissədə öz kobud səhvimizdən qol buraxdıq. Bu, komandanın ruhunu sındırdı və komanda artıq özünü toplaya bilmədi. Biz öz oyunumuzu itirdik. Birinci hissədən sonra məğlub olacağımızı düşünmürdük belə. “Neftçi” hazırkı çempiondur, güclü komandadır. Fasilədən sonra oyunlar həmişə çətin olur. Növbəti oyunda bizdə bəzi dəyişikliklər olacaq”.
