2 fevral 2014 18:33
Joze Alesio: İtalyanlar əlavə meydan oyunçusundan necə yaxşı istifadə etdiyimizi bilirlər
Futzal millimizin baş məşqçisi Joze Alesio AÇ-də İtaliya yığmasına qarşı keçiriləcək oyun barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Alesio bunları söyləyib:
“İtalyanlar bizim oyunumuzu izləyiblər və əlavə meydan oyunçusundan necə yaxşı istifadə etdiyimizi bilirlər. Gələb oyunda da biz bundan istifadə etməyə hazırıq, ancaq Allah eləməsin ki, buna zərurət yaransın. Əvvəlcədən mən futbolçularımın meydanda çox vaxt keçirməyini istəmirdim, çünki qarşıda növbəti oyun vardı. Ancaq mən başa düşdüm ki, oyunçularım bir hissəsi oyundan ahəngindən düşür və onları meydandan almağa məcbur oldum.
(UEFA)
