2 fevral 2014 17:22
Aqil Məmmədov: Hesabı oyuna görə saymıram
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov TPL-in 19-cu turu çərçivəsində keçirilmiş “Sumqayıt” - “Qəbələ” oyunu (0:3) haqda fikirlərinin bildirib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
”Qəbələ” bizim üçün çətin rəqibdir. Öz səhvlərimizdən üç top buraxdıq. Hesabı oyuna görə saymıram. Biz də yaxşı oynadıq. “Qəbələ” azarkeşləri müxtəlif şüarlarla bizə təsir edirdi. Rəqibə qarşı küçə ifadələri işlədənləri azarkeş hesab etmirəm, “Qəbələ”yə layiq deyillər”.
(PFL)
